"SAHMAN" yalnız tövsiyələr toplusu deyil, həmçinin turizm və qonaqpərvərlik sahələrində yüksək təhlükəsizlik və gigiyenanın təmin olunmasını dəstəkləyən proqramdır.

İştirakçılar 3 əsas dəstək istiqaməti üzrə təşviq olunacaqlar: təlim dəstəyi, zəruri ləvazimatlarla dəstək, marketinq dəstəyi.

Təlim Dəstəyi
Zəruri Ləvazimatlarla Dəstək
Marketinq Dəstəyi
1. Təlim Dəstəyi
Hər kəs üçün onlayn təlimlər – "SAHMAN" proqramında hər kateqoriya üzrə iştirakçılar üçün: ilk mərhələdə mehmanxana, tur bələdçisi, iaşə, turist nəqliyyatı, daha sonrakı mərhələlərdə isə kənd qonaq evləri, tur operator xidmətləri və turizm nümayiş obyektləri üçün ayrıca onlayn treninq materialları olacaq. Onlayn təlim materiallarını internet üzərindən ödənişsiz əldə etmək mümkün olacaq. Yerləşdirmə, iaşə, turist nəqliyyatı və bələdçi xidməti göstərən subyektlər üçün ayrıca vebinar sessiyalar keçiriləcək.

Təlimlər bitirdikdən sonra testlər keçiriləcək və proqramı uğurla bitirən iştirakçılara sertifikatlar ("SAHMAN" meneceri sertifikatı) veriləcək.

2. Zəruri Ləvazimatlarla Dəstək
"SAHMAN" proqramı, həmçinin sənaye üzvlərinə əlavə təhlükəsizlik və gigiyena tədbirləri ilə bağlı yaranacaq xərclərinə kömək etmək məqsədi daşıyır.

Proqramda iştirak edən müəssisələrin nümayəndələri təlimləri uğurla başa vurduqdan və "SAHMAN" sertifikatı əldə etdikdən sonra müəssisə rəhbərliyi rəsmi imza ilə proqramın tələblərinə əməl ediləcəyinə dair öhdəlik götürəcək. Bu zaman onların zəruri təmizlik ləvazimatları ilə təmin olunma ehtiyacı öyrəniləcəkdir. Belə ki, dəstək üçün müraciət etmiş müəssisələrə biznesin həcmindən asılı olaraq kiçik, orta və böyük ölçüdə dəstək paketi təqdim olunacaqdır. Paketə minimum sayda lazımi məhsullar: dezinfeksiya vasitələri, maska, əlcək, hərarət ölçən və s. daxildir.

Xüsusi tərtib olunmuş paketlər DTA-nın regional nümayəndələri və sənaye assosiasiyaları vasitəsilə paylanacaqdır. Dəstək üçün müraciət etmiş müəssisələr yalnız dəstək paketini əldə etdikdən və proqramın tələblərini yerinə yetirdikdən sonra "SAHMAN" nişanı əldə edəcək.
3. Marketinq Dəstəyi
"SAHMAN" nişanı almış müəssisələr Azərbaycan Turizm Bürosu tərəfindən marketinq və brend dəstəyindən faydalana biləcək.

Nişanı olan biznes subyektləri www.sahman.az veb-saytında xüsusi siyahıda əks olunacaq və www.macerayaxindadir.com portal vasitəsilə təbliğat imkanlarından yararlanacaq. "SAHMAN" nişanı olan, qayda və normalara riayət etməyən sənaye üzvləri növbəti təlimlərə dəvət olunacaq.

STANDART VƏ NORMALAR
"SAHMAN" proqramına qoşulan müəssisələr verilmiş sənədlərdə əksini tapan sanitariya və gigiyena standart və normalarına daha ciddi riayət etməyi, verilən göstəriş və tövsiyələrə əməl etməyi öhdəsinə götürür.
ƏTRAFLI
TƏRƏFDAŞLAR