ÜMUMİ TƏSVİR
SİYASƏT
GÖZLƏNİLƏN NƏTİCƏLƏR
ÜMUMİ TƏSVİR
Hazırda dünya COVID-19 virusu ilə mübarizə aparır. Statistik göstəricilərə əsasən, pandemiyanın qarşısını almaq üçün görülən tədbirlərin müsbət nəticələr verdiyini müşahidə etmək olar. Yaxın zamanlarda Azərbaycanda karantin rejiminin yumşalması ilə turizmin də tədricən dirçələcəyi güman olunur. Xüsusən də, daxili turizm nəticəsində insanların turizm mərkəzləri və müəssisələrinə üz tutacağı düşünülür. Məhz buna görə də bu ərazilərdə respirator xəstəliklərdən qorunmaq məqsədilə hər kəsin gigiyena və təhlükəsizliklə bağlı yüksək gözləntiləri olacaqdır.

Turizm obyektlərində ziyarətçilərin sağlamlığının qorunması məqsədilə müvafiq tədbirlərin keçirilməsi üçün hökümət tərəfindən proaktiv yanaşma tətbiq olunur. Bu məqsədlə Dövlət Turizm Agentliyi "SAHMAN" proqramını işləyib hazırlamışdır. Proqram karantin dövründən sonra səyahət edəcək turistlərin gigiyena və sağlamlıq təhlükəsizliyi normaları ilə bağlı gözləntilərinin qarşılanması, eləcə də yerli və xarici turistlərin sayında artıma nail olunması üçün turizm və qonaqpərvərlik sənayesi üçün standartlar toplusunu ehtiva edir.

SİYASƏT
"SAHMAN" proqramının məqsədi Azərbaycanın turizm sənayesində təhlükəsizlik və gigiyenanın təmin olunması, eləcə də yerli və əcnəbi turistlər üçün ölkəmizin turizm destinasiyası kimi qorunmasıdır.

Proqram mövcud COVID-19 böhranı ilə bağlı turistlərin respirator xəstəliklərdən qorunması üçün tövsiyə olunan təhlükəsizlik və gigiyena tədbirlərini əhatə edir.

Yerli turizm sənayesi nümayəndələri "SAHMAN" layihəsinə qoşulmaqla proqramın tələblərinə əməl olunmasına dair öhdəlik götürəcək və əvəzində maddi və qeyri-maddi formada dövlət dəstəyi alacaqdır.

GÖZLƏNİLƏN NƏTİCƏLƏR
Proqram Azərbaycanın təhlükəsiz və təmiz turizm destinasiyası kimi qorunmasını təmin edəcəkdir. Qısa və orta müddətli dövrdə proqram yerli turist səfərlərinin, orta və uzun müddətli dövrdə isə xarici səfərlərin təşkilinə təsir edəcəkdir.
TƏRƏFDAŞLAR