SAHMAN proqramının məqsədi nədir?
SAHMAN proqramının əsas məqsədi turizm sənayesi nümayəndələri tərəfindən sanitariya və gigiyena qaydalarına əməl olunmasını təmin etməklə ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaqdır.
Proqramın faydaları nədir?
Proqrama qoşulanlar 3 istiqamətdə dəstək əldə edə biləcəklər: Təlim, Zəruri ləvazimatlarla təchizat (tələb əsasında) və Marketinq dəstəyi.
Proqrama necə qoşulmaq olar?
Proqrama qoşulmaq üçün sahman.az veb səhifəsinə daxil olaraq, "proqrama qoşul" düyməsini sıxıb, şirkətinizin məlumatlarını daxil etməklə qeydiyyatdan keçə bilərsiniz.
Təlimdə kim iştirak edə bilər?
Təlimdə proqrama qoşulmuş sahibkarlıq subyektinin rəhbərliyi tərəfindən müəssisənin işçi heyəti arasından müəyyən edilmiş şəxs iştirak edə bilər.
"SAHMAN Meneceri" sertifikatını necə əldə etmək olar?
Proqram çərçivəsində təşkil olunan təlimlərdə iştirak edib, müvəffəqiyyətlə başa vurmaqla sertifikat əldə etmək olar.
SAHMAN Meneceri olmaq nə deməkdir?
Bu, təmsil etdiyiniz müəssisənin fəaliyyətində proqram tələblərinə əməl olunmasını təmin etmək üçün əsas məsul şəxsə çevrilmək deməkdir.
SAHMAN nişanı nə deməkdir və onu necə əldə etmək olar?
Nişanı əldə etmək üçün müəssisənin nümayəndəsi təlim proqramını uğurla başa vurmalı, müəssisə rəhbəri proqram şərtlərinə əməl olunmasına dair öhdəlik sənədini imzalamalı, bütün tələblərə əməl olunduğunu təsdiq etməlidir. Nişanı əldə etmək həm də Azərbaycan Turizm Bürosu tərəfindən zəruri marketinq və brendinq dəstəyi qazanmaq deməkdir.
Marketinq və brendinq dəstəyi nə deməkdir?
Marketinq və brendinq dəstəyi təqdim etdiyiniz turizm məhsulunun www.maceryaxindadir.az saytinda istehlakçılara təqdim edilməsi imkanı qazanırsız. Digər tərəfdən, Sahman nişanı əldə etmək müəssisənizin təhlükəsizlik imicini daha da möhkəmləndirəcək.
Zəruri ləvazimat dəstəyi nə deməkdir?
Bu Agentlik tərəfindən proqramda iştirak etmək istəyən, təlimi uğurla başa vuran, lakin müvafiq tələbləri yerinə yetirməkdə çətinlik çəkən müəssisələrə maddi (sanitariya və gigiyena ləvazimatlarının təchizatı formasında) dəstəyin təmin olunmasıdır. Dəstəyin həcmi müəssisənin müvafiq göstəriciləri əsasında müəyyən olunacaqdır.
Proqram tələblərinə əməl olunmasını kim monitorinq edəcək?
Monitorinq və audit yerli və beynəlxalq tərəfdaşların (PwC audit şirkətinin timsalında) iştirakı ilə Agentliyin müvafiq nümayəndələri tərəfindən həyata keçiriləcəkdir.
Proqram şərtlərinə əməl etmədikdə nə baş verir?
Aparılan audit və monitorinqlər nəticəsində nişan əldə etmiş müəssisənin proqramın tələblərinə əməl etmədiyi aşkar olunarsa, həmin müəssisə əlavə təlimə cəlb olunacaqdır. Bu hal təkrarlanarsa, müəssisə proqramdan kənarlaşdırılacaqdır
STANDART VƏ NORMALAR
"SAHMAN" proqramına qoşulan müəssisələr verilmiş sənədlərdə əksini tapan sanitariya və gigiyena standart və normalarına daha ciddi riayət etməyi, verilən göstəriş və tövsiyələrə əməl etməyi öhdəsinə götürür.
ƏTRAFLI
TƏRƏFDAŞLAR